Azərbaycan dövləti 4,3 milyard manatlıq ipoteka krediti verib

Azərbaycan dövləti 4,3 milyard manatlıq ipoteka krediti verib

16 Avqust 2026

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 59 216 borcalana 4 milyard 338 min manat kredit verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İKZF-ya istinadən xəbər verir.

Bundan başqa, 9 657 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.