86 mindən çox şəxsə müavinət və təqaüd təyin olunub

86 mindən çox şəxsə müavinət və təqaüd təyin olunub

16 Avqust 2026

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, onların 52,8 %-ni kişilər, 47,2 %-ni isə qadınlar təşkil edib.