Naxçıvanın xarici ticarət dövriyyəsi 31 % artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 31 % artıb

16 Avqust 2026

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 90,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 31,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 7,5 milyon ABŞ dolları ixracın, 82,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,1 %, idxal isə 34,9 % artıb.

Son nəticədə xarici ticarətdə 75,4 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə təxminən 40 % çoxdur.