Naxçıvanda məişət zorakılığından 35 nəfər zərər çəkib

Naxçıvanda məişət zorakılığından 35 nəfər zərər çəkib

16 Avqust 2026

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1413 nəfər zərər çəkib. Belə ki, zərərçəkənlərin 1176-sı qadın, 15-i isə yetkinlik yaşına çatmayan şəxs olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsindən əldə etdiyi məlumata görə, məişət zorakılığından zərərçəkənlərin ən çoxu Bakı şəhərində qeydə alınıb. Paytaxtda belə cinayətlərin 605 zərərçəkəni olub. Onların 532-si qadın, 7-si yetkinlik yaşına çatmayan şəxsdir.

Naxçıvan iqtisadi rayonunda 35 nəfər, o cümlədən 30 qadın zərərçəkən olub. Naxçıvan şəhəri və Babək rayonunun hər birində 10, Şahbuzda 5, Culfada 4, Kəngərlidə 3, Sədərəkdə 2, Ordubadda 1 nəfər qeydə alınıb. Şərur rayonunda zərərçəkən olmayıb.