Azərbaycan taekvondoçuları Gürcüstandakı turnirdə üç medal qazanıblar

Azərbaycan taekvondoçuları Gürcüstandakı turnirdə üç medal qazanıblar

05 May 2026

Azərbaycan taekvondoçuları Gürcestanda keçirilmiş "Georgian Liga Open" turnirində dörd medal qazanıblar.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc mükafata sahib çıxıblar.

Yeniyetmələr arasında yarışda isə Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.