Azərbaycanda dövlət qulluqçularının 1/3-nin yaşı 35-ə qədərdir
Azərbaycanda dövlət qulluqçularının 32,6 %-nin və yaxud təxminən 1/3-nin yaşı 35-ə qədərdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər olub ki, onların da 31,4 %-ni qadınlar təşkil edib.
Dövlət qulluqçularının 7,6 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 %-i 4-cü təsnifatı, 12,4 %-i 5-ci təsnifatı, 8,7 %-i 6-cı təsnifatı, 44,2 %-i 7-ci təsnifatı, 23,2 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 6,6 %-i 1 ilə qədər, 23,6 %-i 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 3 %-ni 25 yaşa qədər, 11,6 %-ni 25-29 yaşda, 18 %-ni 30-34 yaşda, 16,7 %-ni 35-39 yaşda, 13,3 %-ni 40-44 yaşda, 10,5 %-ni 45-49 yaşda, 8,1 %-ni 50-54 yaşda, 7,5 %-ni 55-59 yaşda, 9,2 %-ni 60-64 yaşda, 2,1 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.








