Azərbaycanda elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb

Azərbaycanda elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb

24 Yanvar 2026

Azərbaycanda elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 130 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 19,4 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,2 %-i tədqiqatçılardır. Bu mütəxəssislərin 38,2 %-nin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9,4 min elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.