Məktəblilər arasında stolüstü tennis yarışı keçirilib - FOTO
Ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında stolüstü tennis birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 48 məktəbli mükafatlar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nəticələrə əsasən qızlar arasında Röya Nağıyeva (Şərur), oğlanlarda isə Elnur Məmmədov (Sədərək) yarışın qalibi olublar. “Şərur” komandasından Mələk Xəlilova və İsmayıl Nəzərov (hər ikisi Şərur) ikinci, “Sədərək” komandasının üzvləri Fatimə Məmmədhəsənli ilə Vedad Babayev isə üçüncü yerə sahib çıxıblar.
İlk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom, medal və hədiyyələri təqdim olunub.











