Azərbaycanda ötən il investisiya xərclərinin 46 %-i IV rübdə icra edilib

Azərbaycanda ötən il investisiya xərclərinin 46 %-i IV rübdə icra edilib

12 İyun 2026

2025-ci ilin də IV rübündə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu xərclərinin məbləği digər rüblərdən əhəmiyyətli fərqlənməklə əvvəlki illə müqayisədə artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il dövlət əsaslı vəsait qoyuluşu üzrə icra edilmiş məbləğin 46 %-i (2024-cü ildə 43,4 %-i) sonuncu rübdə icra edilib ki, bu da 2024-cü il dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icra göstəricisi ilə müqayisədə 2,6 faiz bəndi çoxdur.

Belə ki, il ərzində dövlət əsaslı vəsait qoyuluşu üzrə 2 milyard 305,1 milyon manat vəsait xərc edildiyi halda, IV rüb üzrə bu məbləğ 1 milyard 70,5 milyon manat, o cümlədən dekabr ayı üzrə 534,8 milyon manat, yəni, illik icranın 23,2 %-ni təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 68,5 milyon manat və yaxud 6,6 faiz bəndi çoxdur.