Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunacaq

Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunacaq

04 İyun 2026

Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.

Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.