Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb -

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM

29 İyul 2026

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.