Azərbaycanla Tacikistan arasında təhsil sahəsində saziş təsdiqlənib
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqlənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiqi haqqında Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Eyni zamanda, Xarici İşlər Nazirliyinə (XİN) Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistana bildiriş göndərmək tapşırılıb.








