Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

23 Fevral 2026

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.