Qəzənfər Abdullayev Culfa rayon Bənəniyar kənd sakinləri ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Bənəniyar kəndində sakinlərlə görüş keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı deputat kəndin sosial-iqtisadi vəziyyətini öyrənib və əhalinin narahat olduğu məsələləri dinləyib. Sakinlərin irəli sürdüyü problemlər və təkliflər qeydə alınaraq aidiyyəti qurumlara çatdırılacağı bildirilib.
Sonda kənd sakinləri göstərilən diqqətə görə deputata təşəkkür edib və belə görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.











