Nazir: Bu il Naxçıvanda  sertifikatlaşdırmanın II dövriyyəsi keçiriləcək

Nazir: Bu il Naxçıvanda sertifikatlaşdırmanın II dövriyyəsi keçiriləcək

24 Fevral 2026

Bu il Naxçıvan Muxtar Respublikasında (MR) müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı keçirilən brifinqndə çıxışı zamanı muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov deyib.

Onun sözlərinə görə, muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırmasının ikinci dövriyyəsi bu ilin aprel–may aylarında keçiriləcək.

İkinci dövriyyəyə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, ingilis dili, rus dili, fransız dili, alman dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ibtidai sinif və GÇH fənləri üzrə müəllimlər cəlb olunacaq.

Nazir bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunub. Bununla bağlı "Test mərhələsinin qiymətləndirmə çərçivəsi" və ARTİ tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə verilib.