“Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması”  MMC təsis olunub -

“Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC təsis olunub - FOTO

24 Fevral 2026

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi nəzdində “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Məqsəd mövcud yaşıllıq sahələrinin qorunması və yeni yaşıllıq zonalarının artırılmasıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda Agentlik tərəfindən işlərə başlanılıb. Təhkim olunan sahələrdə aqrotexniki qulluq göstərilir və müxtəlif növ ağac tingləri əkilir. Avtomobil yollarının torpaq sahələrində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası və mühafizəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Ümumilikdə 230 hektar ərazidə yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır.