Məcid Seyidov Ordubadda vətəndaşları qəbul edib -

Məcid Seyidov Ordubadda vətəndaşları qəbul edib - FOTO

24 Fevral 2026

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Ordubad şəhərində vətəndaş qəbulu keçirib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbuldan öncə Məcid Seyidov Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

İcra Hakimiyyətində reallaşan qəbul zamanı müraciətlər əsasən, rayon ərazisində idman infrastrukturunun yenilənməsi, mövcud kənd futbol meydançalarının təmiri, gənclərlərin asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyətinə yerində baxılıb və cavablandırılıb, digərlərinin həlli istiqamətində isə qanunvericiliyə uyğun olaraq işlər aparılacaqdır.