Elxan Nəcəfov: 2026-cı ildə sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Elxan Nəcəfov: 2026-cı ildə sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

24 Fevral 2026

Əvvəlki illərdə sertifikatlaşdırma imtahanında uğur qazanmayan təhsilverənlər ikinci mərhələdə sertifikatlaşdırmaya cəlb olunurlar. Bu proses aprel–may aylarında keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov deyib.

O qeyd edib ki, ikinci mərhələdə iştirak edən müəllimlər imtahanda müsbət nəticə əldə edərsə, sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.

2026-cı ildə ikinci mərhələdə sertifikatlaşdırmada iştirak edib uğur qazana bilməyən müəllimlərlə bağlı qərara gəldikdə isə, həmin şəxslərin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmur. Onlara 2027-ci ilin aprel–may aylarında keçiriləcək təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir.

Nazirin sözlərinə görə, 2026-cı ildə ikinci mərhələdə uğursuz nəticə göstərən müəllimlərin əmək müqaviləsinə dərhal xitam verilməyəcək. Onlar 2027-ci ildə keçiriləcək təkrar sertifikatlaşdırmada yenidən iştirak edə biləcəklər.