Ombudsman ötən il üzrə məruzəsini Prezidentə təqdim edib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə Ombudsman aparatından verilən məlumata əsasən, həmin məruzə ilə Ombudsman Milli Məclis qarşısında çıxış edəcək.
İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.








