Təhsil sistemində rəqəmsallaşma üç əsas istiqamət üzrə aparılır

Təhsil sistemində rəqəmsallaşma üç əsas istiqamət üzrə aparılır

24 Fevral 2026

Təhsil sisteminin informasiyalaşdırılması və rəqəmsallaşması üç əsas istiqamətdə həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma prosesi ilk növbədə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması və genişləndirilməsini, təhsil müəssisələrinin müasir rəqəmsal avadanlıqlarla təminatını, eləcə də tədris və idarəetmədə rəqəmsal həllərin tətbiqini əhatə edir.

V. Xanlarov bu istiqamətlər üzrə görülən işlərin təhsildə məlumat mübadiləsinin sürətləndirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etdiyini vurğulayıb.