Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb -

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

16 Sentyabr 2025

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola saldı.