
Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 30 lisenziya verilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş hədəflərin icrası məqsədilə 2025-ci ilin 8 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 30 lisenziya verilib. Həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 min 705 manat vəsait ödənilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 min 463 manat və ya 57,4 faiz artaraq 135 min 573 manat olub.