
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 904 milyon 101 min 100 manat təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Ticarət şəbəkəsində 464 milyon 708 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 439 milyon 393 min 100 manatlıq qeyri-qida məhsulları satılıb.
Həmçinin bu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 % artaraq 25 milyon 569 min 600 manat olub. Xidmətlərin 45,5 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.