Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayət məsuliyyətinə səbəb olurmu? -

Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayət məsuliyyətinə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ

16 Sentyabr 2025

Sual: Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayət məsuliyyətinə səbəb olurmu?

Cavab: Cinayət Məcəlləsinin 187.1-ci maddəsinə əsasən -özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

187.1-ci maddədə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

187.1-ci maddədə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov