İşçi əmək müqaviləsində nəzərdə tutulmayan işi görməkdən imtina edə bilərmi? -

İşçi əmək müqaviləsində nəzərdə tutulmayan işi görməkdən imtina edə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

11 Sentyabr 2025

Sual: İşçi əmək müqaviləsində nəzərdə tutulmayan işi görməkdən imtina edə bilərmi?

Cavab: Bəli. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də məhz əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikde isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etməkdir.

Eyni zamanda Məcəllənin 57-ci maddəsində göstərilir ki, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir va ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının dəyişdirilməsinə isə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev