Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur? -

Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

12 Sentyabr 2025

Sual: Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səsküyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas - Elvin Qulusoylu