
Cabbar Musayev vətəndaşları qəbul edəcək
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev sentyabrın 17-də Naxçıvan Şəhər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Məlumat və əlaqə üçün: (036) 545-01-71