
Mülki prosesdə dövlət rüsumu kəsirinin ödənilməsi necə müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mülki prosesdə dövlət rüsumu kəsirinin ödənilməsi necə müəyyən edilmişdir?
Cavab: İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov