Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar

15 Sentyabr 2025

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.

Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar.

Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi altında "WTT Feeder Cappadocia" turnirində iştirak edəcəklər.

Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.