Naxçıvanlı idmançı ölkə kubokunun mükafatçısı olub

Naxçıvanlı idmançı ölkə kubokunun mükafatçısı olub

10 Sentyabr 2025

Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press idman növləri üzrə ölkə kuboku keçirilib. Yarışda ölkəmizin müxtəlif şəhər və regionlarından 80-dən çox idmançı iştirak edib. İki gün davam edən yarış Beynəlxalq Pauerliftinq Federasiyasının (IPF) qaydalarına uyğun şəkildə təşkil olunub. Yarış zamanı iştirakçılar çəki dərəcələrinə uyğun olaraq və həmçinin mütləq çəki dərəcəsində mübarizə aparıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışa Naxçıvandan qatılan idmançı Əli Əsgərov benç-press üzrə 93 kq çəki dərəcəsində çıxış edib. Ötən il kubokun qaliblərindən olan atlet bu dəfə ikinci olub. O, 187.5 kq nəticə ilə gümüş medal qazanıb.

Məlumat üçün bildirək ki, Əli Əsgərov güc idman növləri üzrə dünya, Avropa və Avrasiya çempionu, Azərbaycan çempionantları, kubok və qran-prilərinin qalib və mükafatçısı kimi uğurlu karyeraya malik idmançılardandır.