
"Naxtel" xidmətlərinin dayandırılma tarixi dəyişdirilib
Nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin balansdakı vəsaitlərdən tam istifadə edilmədiyi və mobil operator seçiminin daha rahat həyata keçirməyi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.
Belə ki, qurumdan verilən məlumata görə, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunub. 15.10.2025-ci il tarixdən 15.12.2025-ci il tarixədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrələri istənilən şəbəkəyə daşımaq mümkün olacaq.
Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixdən etibarən dayandırılacaq.
Dəyişikliklər haqqında ətraflı məlumatı naxtel.az və “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.