
Övladlığa götürülənin doğulduğu yer və tarix hansı hallarda dəyişdirilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Övladlığa götürülənin doğulduğu yer və tarix hansı hallarda dəyişdirilə bilər?
Cavab: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.
Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir. 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov