Qanunsuz ov etmə dedikdə nə vaxt inzibati məsuliyyət, nə vaxt cinayət məsuliyyəti yaradır? -

Qanunsuz ov etmə dedikdə nə vaxt inzibati məsuliyyət, nə vaxt cinayət məsuliyyəti yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

16 Sentyabr 2025

Sual: Qanunsuz ov etmə dedikdə nə vaxt inzibati məsuliyyət, nə vaxt cinayət məsuliyyəti yaradır?                                                                                                                           

Cavab: Cavab: Qanunsuz ov etmə dedikdə – ov qaydalarının pozulması, yəni lazımi icazə olmadan, qadağan olunmuş vaxtda və ya mövsümdən kənar,qadağan olunmuş yerlərdə (qoruqlar, yasaqlıqlar və s.), qadağan olunmuş alət və üsullarla (məsələn: tor, tələ, partlayıcı, elektrik cərəyanı ilə) ov etmə başa düşülür. Cinayət məsuliyyəti isə yalnız o halda yaranır ki, qanunsuz ov etmə nəticəsində xeyli miqdarda ziyan vurulsun. Xeyli miqdar dedikdə isə Azərbaycan respublikası Cinayət məcəlləsinin 258-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür.Əgər qanunsuz ov zamanı xeyli miqdarda ziyan vurulmayıbsa, bu hal İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə tənzimlənir.                                                                                                                                               

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev