Culfa-Ordubad yolunda baş verən qəzada  sürücü xilas edilib

Culfa-Ordubad yolunda baş verən qəzada sürücü xilas edilib

15 Sentyabr 2025

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Culfa-Ordubad magistral avtomobil yolunda yol-nəqliyyat qəzası baş verib. Hadisə ilə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, “Hyundai” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücünü – 1997-ci il təvəllüdlü Dünyamalıyev Kənan Musa oğlunu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.