
Kazım Hüseynəliyev Şahbuz rayonunda vətəndaşları qəbul edəcək
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Şahbuz rayonundan olan vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 11:00-dan etibarən Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.