
Naxçıvan Hərbi Kollecində Bilik Günü və Hərbi Andiçmə mərasimi keçirilib - FOTO
15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində təntənəli mərasim təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə kollecə yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər. Daha sonra Naxçıvan Hərbi Kollecin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun 15 sentyabr – Bilik Günü münasibətilə təbrik məktubunu şəxsi heyətə çatdırıb.
Mərasimdə həmçinin kollecə yeni qəbul olunmuş kursantın valideyni və yüksək nəticə göstərərək kollecə qəbul olan kursant çıxış ediblər.
Sonda şəxsi heyət yeni tədris ilinə start verib.