Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb -

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

12 Sentyabr 2025

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü ilə birlikdə 3 nəfər həyatını itirib.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.