
Naxçıvanda peşə təhsil müəssisələrinə 562 tələbə qəbul olunub
2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrinə qəbul prosesi başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə ümumilikdə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.
Qeyd edək ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14 yeni ixtisas da yaradılıb.