Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib -

Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib - FOTO

16 Sentyabr 2025

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kuala Lumpur beynəlxalq hava limanında sədrin başçılıq etdiyi nümayəndə heyətini Senatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed,  Senatın katibi Muhd Sujairi bin Abdullah,  Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.