Cəbrayılın Şükürbəyli kəndinə daha 20 ailə yola salınıb

Cəbrayılın Şükürbəyli kəndinə daha 20 ailə yola salınıb

22 İyun 2026

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.