Cinayət prosesində hansı şəxslər fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət prosesində hansı şəxslər fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar?
Cavab: Cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:
a) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;
b) 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov