Çinin Azərbaycandakı səfiri Naxçıvandadır - YENİLƏNƏCƏK
Çinin Azərbaycandakı səfiri Naxçıvan Muxtar Respublikasına səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün Elm və Təhsil naziri Emin Əmrullayev və Çinin Azərbaycandakı səfiri Lu Mey Naxçıvana gəlib.
Səfərin məqsədi isə Azərbaycan-Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən "İnteraktiv Təhsil Yardımı" layihəsinin təqdimatı və təhvil-təslim mərasimində iştirak etməkdir.








