Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

16 Noyabr 2024

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatı keçiriləcək.

ACF-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, yarışda müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 29 noyabr – 1 dekabrda baş tutacaq yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.