
Naxçıvanlı boksçu Haqverdi Həsənov Avropa üçüncüsü olub - FOTO
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Millimiz Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vuraraq komanda hesabında 3-cü yeri tutub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycanı 63 kq çəki dərəcəsində təmsil edən Haqverdi Həsənov yarşçda iki görüş keçirib. Bokçumuz 1/4 finalda Bosniya və Hersoqovinadan Luka Triviç üzərində tam üstünlüklə qələbə qazanıb. Yarımfinalda isə rusiyalı Maksim Sabalyovla gərgin qarşılaşmada istəyinə nail ola bilməyən idmançımız üçüncü yerə layiq görülüb. Bununla da Haqverdi Həsənov karyerasında ilk dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Əlavə edək ki, məşqçi Elnur Kərimlinin yetirməsi olan Haqverdi son dövrlərdə qazandığı uğurlarla diqqət çəkir. Yeniyetmələr arasında Azərbaycan birincisi olan boksçu Gimnaziada İdman Oyunlarında qızıl, “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında bürünc, beynəlxalq turnirlərdə gümüş və bürünc medallar əldə edib.