
Bu gün Naxçıvanda 41 dərəcə isti qeydə alınıb
İyulun 17-si saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan və İsmayıllıda 1 millimetrədək) qısamüddətli az yağış yağıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan Muxtar Respublikasında isə 41 dərəcəyədək isti qeydə alınıb.