İnsan resurslarının idarə olunması təlimi uğurla yekunlaşıb -

İnsan resurslarının idarə olunması təlimi uğurla yekunlaşıb - FOTO

17 İyul 2025

İyulun 17-də “İnsan Resurslarının İdarə Olunması” təlim proqramının son sessiyası keçirildi və yekun mərhələdə iştirakçılar sertifikasiya imtahanında iştirak etdilər. 24 saatlıq intensiv təlim proqramı boyunca iştirakçılar insan resurslarının idarə edilməsi sahəsində mühüm bilik və bacarıqlar qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələr üzrə 32 qurumdan ümumilikdə 40 nəfər iştirak edib. Proqram çərçivəsində insan resurslarının idarə olunması prinsipləri, işə qəbul texnikaları, əmək qanunvericiliyi və performansın idarə edilməsi üzrə nəzəri və praktiki dərslər keçirilib.

İştirakçıların əldə etdikləri biliklər təlimin sonunda keçirilən imtahanla qiymətləndirilib. Yüksək nəticə göstərən iştirakçılar yaxın günlərdə rəsmi sertifikatlarla təltif olunacaq.

Bu təlim, idarəetmə bacarıqlarını təkmilləşdirmək və insan resursları sahəsində daha effektiv idarəçilik mühitinin formalaşmasına töhfə vermək məqsədi daşıyırdı.