ETSN-nin əməkdaşı: Naxçıvanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir

ETSN-nin əməkdaşı: Naxçıvanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir

17 İyul 2025

Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitində həftə sonunadək ciddi dəyişiklik gözlənilmir. Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”- nə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov məlumat verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onun sözlərinə görə, ötən günlərdə müşahidə edilən isti hava şəraiti davam edəcək:

“Ərazidə havanın maksimal temperaturu 35-40 dərəcə isti, bəzi yerlərdə isə 41-42 dərəcəyədək isti olacaq. Dağlıq ərazilərdə isə temperatur 33 dərəcəyədək yüksələcək".

Saleh Həsənov bildirib ki, qarşıdakı günlərdə hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var.

Məlumatda qeyd olunub ki, Culfa, Şərur Sədərək rayonlarında da günün maksimal temperaturu 35-40, bəzi yerlərdə isə 42 dərəcəyədək isti olacaq.

Qeyd edək ki, davam edən isti hava şəraiti ilə əlaqədar vətəndaşlara günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq, xüsusilə yaşlılar və uşaqların sağlamlığını qorumaq tövsiyə olunur.

Müsahibəni hazırladı: 

Nəzrin Abbaslı