Səfəralı Nəsirov Şərurda vətəndaşları qəbul edib -

Səfəralı Nəsirov Şərurda vətəndaşları qəbul edib - FOTO

17 İyul 2025

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov iyulun 17-də Şərur Rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.