Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı açıqlandı

Qızıl və gümüş nişanla təltif olunan şagirdlərin sayı açıqlandı

17 İyul 2025

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əmrə əsasən, XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif edilib.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.