Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb

Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb

17 İyul 2025

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.